Yaralı adam
“Milan”ın futbolçusu Rikkardo Montolivo yayda klubu tərk edəcək.
Komanda.az xəbər verir ki, bu barədə italyan yarımmüdafiəçi “instagram” hesabından məlumat yayıb. Montolivonun müddəti bitən müqaviləsi yenilənməyəcək.
Montolivo “instagram”da etdiyi paylaşımda “Milan” azarkeşlərinə müraciət edərək, son mövsümdə bir qarşılaşmada belə, iştirak etməməsini qeyd edib. O, azarkeşlərlə sağollaşmasına şans yaradılmadığını, ancaq heç bir söz demədiyini deyib. Montolivo “Milan”ı həm kapitan, həm də yaralı adam kimi tərk etdiyini bildirib. O, sonda bütün yaraların sağalacağını və hər zaman “Milan” azarkeşi olaraq qalacağını vurğulayıb.
2012-ci ildən “Milan”da forma geyinən Montolivo son mövsümdə heç bir qarşılaşmada iştirak etməyib.
Bizi Facebook-da izləyin