“Milan”ın futbolçusu 6 ay oynamayacaq

İtaliyanın “Milan” klubu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “İnter”lə ilk oyunda sıradan çıxmış yarımmüdafiəçisi İsmael Bennaserlə bağlı yeni məlumat yayıb.

Komanda.az xəbər verir ki, zədəsi ciddi olan Əlcəzair millisinin üzvü əməliyyat olunub.

Bennaserin təxminən altı ay yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb.

Yarımmüdafiəçi bu mövsüm “Milan”da 40 oyuna 3 qol vurub.

Xatırladaq ki, “Milan” “İnter”lə ilk yarımfinal görüşündə 0:2 hesablı məğlubiyyətlə üzləşib. Komandalar arasındakı cavab görüşü bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button