Maldini və Pioli “Milan”dan qovula bilər!

Növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə, “Milan”da kadr dəyişiklikləri ola bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, qarşıdakı dörd-beş matç baş məşqçi Stefano Pioli və idman direktoru Paolo Maldininin “Milan”dakı gələcəyi üçün həlledici ola bilər. Klub Çempionlar Liqasının yarımfinalında “İnter”ə məğlub olsa (ilk oyun – 0:2) və mövsümün sonunda A Seriyasında ilk 4-lüyə düşə bilməsə, onlar qovula bilərlər.

2022-ci ilin iyun ayının sonunda Maldini və Pioli ilə müqavilələr uzadılmışdı, komandanın formalaşması onlara həvalə edilmişdi. Lakin “Milan”ın sahibi olan “RedBird” investisiya şirkəti ötən yay komandaya qoşulan futbolçuların heç birinin uğurlu olmamasından məyus olub. “Milan”ın sahiblərinin Pioli və Maldini ilə bağlı şübhələri var. Xüsusilə də, A Seriyasının 35-ci turunun matçında “Spetsiya”ya uduzduqdan (0:2) sonra bu şübhələr daha da güclənib.

“Milan” son 5 matçda 1 qələbə qazanıb. Komanda A Seriyasında 4-cü pillədəki “Latsio”dan 4 xal geri qalaraq, 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button