Vitsel milli karyerasını bitirdi

“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsel Belçika milli komandasındakı karyerasını başa vurub. 

Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib:

“Uzun müddət düşündükdən sonra qərara aldım ki, yığmada karyeramı yekunlaşdırım. Son 15 ildə ölkəmi təmsil etmək mənə böyük qürur verirdi”.

Vitsel 2008-ci ilin mart ayında Belçika millisində debüt edib. O, 15 il ərzində yığmanın heyətində meydana çıxdığı 130 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button