“Kəpəz” azarkeşlərinə görə cəzalandı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda birinci divizionun 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Araz Naxçıvan” – “Səbail-2” oyununda “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Naxçıvan” klubu 80 manat cərimə edilib.
MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK klubunun futbolçusu Muxtar Nəzərli ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 20 manat cərimə edilib. MOİK-in fizioterapevti Elxan Əhmədov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.
“Qəbələ-2” – “Neftçi-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 20 manat cərimə edilib. “Neftçi-2” komandasının 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” komandası 80 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Zaqatala” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilib. “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zaqatala” klubu 80 manat cərimə edilib. “Zaqatala”nın məşqçisi Nəsib Əliyev oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə edilib.
“Kəpəz-2” – “Şamaxı-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilib. “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlədildiyinə görə “Kəpəz-2” komandası 400 manat cərimə edilib. “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.
Bizi Facebook-da izləyin