Kapello: “Bu, “Milan”ın zəif çıxış etdiyi ilk derbi matçı deyil”

İtaliyalı mütəxəssis Fabio Kapello UEFA Çempionlar Liqasının “Milan” – “İnter” (0:2) görüşü haqda fikirlərini bölüşüb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, o, cavab oyununun tamamilə fərqli olacağını söyləyib:

“İnter” finala yüksəlməyə çox yaxındır. Stefano Pioli “İnter”lə matçlarda qabaqlayıcı tədbirlər tapa bilmir. Bu, “Milan”ın zəif çıxış etdiyi ilk derbi matçı deyil. “İnter”in yarımmüdafiəçiləri meydanda həmişə sərbəst hərəkət edir. Bu, “Milan” üçün ikiqat problem yaratdı.

Simone İnzaqinin komandası ikinci hissədə nisbətən rahatladı. Qarşıda cavab oyunu var. Məncə, biz tamamilə fərqli oyun görəcəyik”.

Kapello, “Milan”ın çalışdırıcısı olsaydız, nə edərdiz” sualını belə cavablayıb:

“Hər kəsdən xahiş edərdim ki, buraxdığımız səhvləri bizə xatırlatsınlar”.

“İnter” – “Milan” cütünün cavab qarşılaşması 16 mayda, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button