ÇL: “Cavab matçında nəticəni dəyişmək istəyirik” – Pioli

“Milan”ın çalışdırıcısı Stefano Pioli UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”lə matçından sonra (0:2) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məyus olduqlarını deyib:

“Fasilədən sonra yaxşı oynadıq. Bu, nəzərə alınmalı məqamdır. Cavab qarşılaşmasında tempi yüksəltməli və ən azı ikinci hissədə oynadığımız kimi mübarizə aparmalıyıq.

“İnter” taktiki cəhətdən daha yaxşı idi. Məyusuq. Cavab matçında nəticəni dəyişmək istəyirik. Məqsədimiz aqressiv çıxış etmək idi. Lakin “İnter” bir çox məqamlarda bizi üstələdi”.

“İnter” – “Milan” cütünün cavab qarşılaşması mayın 16-da, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button