“Qarabağ” ispaniyalı hücumçuyla anlaşdı

“Qarabağ” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə klubun prezidenti Abdolbari Gözəl məlumat verib. Lakin Gözəl həmin oyunçunun adını və mövqeyini açıqlamayıb. Onun sözlərinə görə, yeni transfer zəngin karyeraya malikdir.

Öz növbəsində, klubun mətbuat katibi Nurlan İbrahimov bir neçə oyunçu ilə prinsipial anlaşma əldə etdiklərini, amma rəsmi müqavilə bağlanılmadığı üçün ad açıqlaya bilmədiklərini söyləyib:

“Bizim prinsipimiz belədir ki, texniki cəhətdən problem yaranmaması üçün futbolçu ilə müqavilə bağlanmadan adını açıqlamağı düzgün saymırıq. Lakin deyə bilərəm ki, həmin oyunçu ön xətdə çıxış edir”.

Hazırda “Qarabağ”da daha 2 ispaniyalı futbolçu forma geyinir. Bunlar yarımmüdafiəçi Miçel və Dani Kintanadır. (Report)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button