İkinci çempionluq
Futbol üzrə Azərbaycan birinci divizionunda çempion müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Araz Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub.
2013/14 mövsümündəki uğurunu təkrarlayan Muxtar Respublika təmsilçisi çempionluğu 27-ci turda rəsmiləşdirib. Ötən çempionatın qalibi “Qaradağ Lökbatan”la qarşılaşan Azər Bağırovun yetirmələri səfərdə 2:0 hesablı qələbə qazanıb. Bununla da “Araz Naxçıvan” 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi-2”ni 11 xal qabaqlayan naxçıvanlılar mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib. “Araz Naxçıvan” dirinci divizionda (əvvəl birinci dəstə adlanıb) iki dəfə çempion olan 5-ci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıb.
Birinci divizionun bütün qalibləri
- ANS Pivani (Bakı)
- Xəzri (Buzovna)
1993/94. Azneftyağ (Bakı) və Zabrat
1994/95. Şəmkir
1995/96. Xəzər (Sumqayıt)
1996/97. Göyçay
1999/2000. Şahdağ (Quba)
2000/01. MOİK (Bakı)
2001/02. Lokomotiv (İmişli)
2003/04. Gənclərbirliyi (Sumqayıt)
2004/05. Şüvəlan (Bakı)
2005/06. Qəbələ
2006/07. Masallı
2007/08. Bakılı
2008/09. ABN (Bərdə)
2009/10. Kəpəz (Gəncə)
2010/11. Abşeron (Bakı)
2011/12. Qaradağ Lökbatan (Bakı)
2012/13. Ağsu
2013/14. Araz Naxçıvan
2014/15. Neftçala
2015/16. Neftçala
2016/17. Turan Tovuz
2017/18. Xəzər (Bakı)
2018/19. MOİK (Bakı)
2019/20. Turan Tovuz
2020/21. Neftçi-2 (Bakı)
2021/22. Qaradağ Lökbatan (Bakı)
2022/23. Araz Naxçıvan
Qeydlər:
Birinci divizionda (dəstədə) oynadığı vaxt başqa ad altında çıxış edən komandalar sonradan daşıdığı adla göstərilib.
1993/94 mövsümündə qrupların qalibləri arasında final oyunu keçirilməyib.
1997/98 və 1998/99 mövsümlərində I dəstə, 2002/03 mövsümündə ölkə çempionatı keçirilməyib.
Bizi Facebook-da izləyin