“Mövsümü ilk dördlükdə bitirmək istəyirik” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 33-cü turunun “Verona” ilə matçından sonra (6:0) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klub üçün hədəflərə doğru can atdıqlarını dilə gətirib:
“Heyətdə dəyişən əsas məqam qol epizodlarından yararlanmaqdır. Bu matçda altı qol vurduq. Bundan əvvəlki oyunlarda isə yaxşı oynamağımıza baxmayaraq, qol vura bilmirdik. Ümid edirik ki, İtaliya kubokunun finalında və UEFA Çempionlar Liqasının yarımfinalında yaxşı mübarizə aparacağıq.
Ölkə çempionatında mövsümü ilk dördlükdə bitirmək istəyirik. Qarşıda çox oyun var. Futbolçularımla gündəlik etdiyimiz işlər bizə fayda verir. Klubumuz üçün hədəflərə doğru can atırıq. Mübarizə aparmaq üçün bütün imkanlarımız var”.
Milan təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlində 60 xalla 3-cü, “Verona” isə 27 xalla 18-ci pillədə yer alır.
Bizi Facebook-da izləyin