Kapitan ümidlidir
“Liverpul”un kapitanı Cordan Henderson İngiltərə Premyer Liqasının 28-ci turunun təxirə salınan “Fulhem”lə görüşünü (1:0) dəyərləndirib.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, daha sabit çıxış etdiklərini söyləyib:
“İngiltərə çempionatında hansısa məqamı gözləmək heç də asan deyil. Ardıcıl beş oyun qələbə qazanmaq uğurdur. Daha sabit çıxış etməyə başlamışıq.
Ümid edirəm ki, bu, mövsümün sonuna qədər belə olacaq. Elə gələn il də”.
“Qırmızılar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 59 xalla 5-ci, “Fulhem” isə 45 xalla 10-cudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin