Azərbaycanlı futbolçuların komandası evdə uduzdu

Latviya çempionatında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Auda” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı məğlubiyyətlə tərk edib – 0:2.

Ramin 90 dəqiqə meydanda olub. Nazim isə 72-ci dəqiqədə meydana buraxılıb.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Futbolçularımızın komandası hazırda 5 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button