“Barselona”nı metro ilə müqayisə etdi
İspaniya La Liqasının prezidenti Xavyer Tebas hesab edir ki, “Barselona”nın argentinalı futbolçu Lionel Messini geri qaytarması çətin olacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, La Liqanın rəhbəri PSJ-nin futbolçusunun maaşının da “Barsa” üçün problem olacağını deyib:
“Bu gün hər şey çətindir. Hələ vaxt var, amma oyunçular getməlidir, maaşlar azalmalıdır. Bu, Messinin transferi üçün lazımdır. Və daha bir şey: bu, Messinin maaşıdır. Dəyişən çox şey var. “Barselona” nefti və pulu olan PSJ kimi deyil. Kataloniya klubu oyunçularla müqavilə imzalaya bilmək üçün maaşları kəsməlidir. Sanki metroda olduğu kimi: bəzilərini buraxmaq lazımdır ki, başqaları girə bilsin”.
Messi PSJ-dən əvvəl uzun illər “Barselona”da forma geyinib.
Bizi Facebook-da izləyin