Keçmiş futbolçu dünya çempionunu “yıxıb-sürüdü”
Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesin ümidləri doğrultmadığını söyləyib.
Komanda.az RTL-ə istinadən xəbər verir ki, o, argentinalının əla oyunçu olmadığını bildirib:
“Mən klub sahibi olsaydım, Konor Qallaherin sürətinə şahidlik etsəydim və bunu 100 milyon avroya aldığım oyunçu edə bilməsəydi, çox əsəbiləşərdim!
Fernandesin əla oyunçu olduğunu düşünmürəm. DÇ-2022-də onun Lionel Messiyə çox kömək etdiyi danışılırdı. Lakin o, bunu “Çelsi”də edə bilmir. Hətta bundan çox uzaq qalıb”.
22 yaşlı son dünya çempionu “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla 15 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin