Pioli: “Çempionlar Liqasını “anbar”da saxladıq”
“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasındakı oyunları ilə bağlı fikirlərini açıqlayıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, komandanın A Seriyasında hazırkı mövqeyindən razı qalmadığını etiraf edib:
“Çempionlar Liqasını “anbar”da saxladıq, indi diqqətimizi ölkə çempionatına yönəldirik. Biz çox çalışmalıyıq, turnir cədvəlindəki hazırkı mövqe bizi qane etmir”.
“Milan” Çempionlar Liqasının yarımfinalında “İnter”lə qarşılaşacaq. Oyun mayın 9-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin