“Mançester Siti”nin zədəlisi sıraya döndü
İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Fil Foden zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, ingilis futbolçu ötən ay aldığı zədə səbəbi ilə komandasına kömək edə bilmirdi.
22 yaşlı yarımmüdafiəçi artıq sıraya dönüb. O, komanda ilə birgə hazırlıq keçir. Baş məşqçi Xosep Qvardiola onun adını hətta Çempionlar Liqasının “Bayern”lə səfər matçının iştirak ərizəsinə də daxil edib.
Xatırladaq ki, Foden bu mövsüm Mançester təmsilçisinin heyətində 36 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin