“Dişlərimizi qıcadıq və dözdük” – Pioli
“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Napoli” ilə heç-heçəni (1:1) şərh edib.
Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Pioli qələbəyə layiq olduqlarını bildirib:
“2020-ci ildə Avropa Liqasında “Rio Ave” ilə oyunu çox yaxşı xatırlayırıq. Biz uzun yol qət etmişik. “Napoli”yə qarşı oyunlarda zəif hesab olunurduq, amma mən komandamızı böyük ürəklə çalışdırıram. Biz dişlərimizi qıcadıq və dözdük. Bu qələbəyə layiq idik”.
İlk görüşdə 1:0 hesabı ilə qalib gələn Milan komandası yarımfinala yüksəlib. “Milan”ın növbəti rəqibi “Benfika” – “İnter” matçının qalibi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin