“Monako”nun hücumçusuna İspaniya məhkəməsindən cəza
İspaniya məhkəməsi “Monako”nun hücumçusu Vissam Ben Yedderə hökm oxuyub.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, forvard “Sevilya”da çıxış edərkən vergidən yayındığı üçün 6 aylıq şərti həbs cəzası alıb.
Bundan başqa, Ben Yedder 133 min avro cərimə də ödəməlidir.
Xatırladaq ki, İspaniyada 2 ilə qədər nəzərdə tutulan həbs cəzaları adətən şərti işlə əvəz olunur.
Ben Yedder 2016-2019-cu illər aralığında “Sevilya”nın uğurları üçün çalışıb. Fransadan olan 32 yaşlı hücumçu “Monako”ya məhz İspaniya klubundan transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin