“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu mübarizəyə start verir

Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə başlayacaq.

Komanda.az xəbər verir ki, son olaraq 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda İvaylo İvanov (Bolqarıstan) / Paul Kibikay (Qabon) cütünün qalibi ilə qarşılaşacaq. Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Li Namhunun (Cənubi Koreya) müqavimətini qırmağa çalışacaq.

100 kq-dan yuxarı çəkidəki idmançılardan Uşangi Kokauri 1/16 finalda Yevgeni Balyevski (Ukrayna) / Qalimjan Krikbay (Qazaxıstan) duelinin güclüsü ilə üz-üzə gələcək. Camal Qamzatxanov isə 1/32 finalda Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.

Daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) “gümüş”, Hidayət Heydərov (73 kq) “bürünc” qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button