DÇ-yə ev sahibliyi hüququ İndoneziyadan alındı
FİFA 2023-cü ildə 20 yaşadək futbolçular (U-20) arasında keçiriləcək dünya çempionatına ev sahibliyi hüququnu İndoneziyadan alıb.
Komanda.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Buna Bali adasının qubernatoru Vayan Kosterin İsrail yığmasını mundiala buraxmamaqla bağlı çağırışı səbəb olub. Bundan sonra DÇ-2023-ün final mərhələsinin püşkatma mərasimi ləğv edilib.
FİFA yeni ev sahibi ölkənin adını daha sonra açıqlayacaq. Turnirin keçirilmə tarixləri hələlik dəyişməz olaraq qalır. İndoneziya Futbol Assosiasiyasına qarşı mümkün sanksiyalar sonrakı mərhələdə müəyyənləşdiriləcək.
Xatırladaq ki, dünya çempionatı mayın 20-dən iyunun 11-dək təşkil olunmalıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin