Ansu Fati satılacaq – Səbəbi…
“Barselona” yayda hücumçusu Ansu Fatini satacaq.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, La Liqa klubu maddi sıxıntılar səbəbindən 20 yaşlı oyunçu ilə yollarını ayırmağı düşünür.
Fatinin “Barsa” ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsində onun 1 milyard avroluq sərbəst qalma maddəsi var.
O, cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin