“Sabah ən yaxşı oyunumuzu göstərməliyik” – De Byazi
Azərbaycan milli komadasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçə qarşı keçiriləcək oyun ərəfəsində fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“İsveçi yaxşı analiz etmişik, hansı sistemlə oynadığını bilirik. Heyətində İbrahimoviç, Kuluşevski kimi məşhur oyunçular var. İsveçin ilk oyunda Belçikaya məğlub olması komanda üzərində təzyiq yaradıb. Reytinqdə 23-cü yerdə gedən komandaya qarşı oynayacağıq.
Təbii ki, özümüzdən çox şey asılıdır. Mən komandama güvənirəm. Həyatda nəyəsə nail olmaq istəyirsənsə, çox çalışmaq lazımdır. Şərəflə əlimizdən gələni etməyə çalışacağıq. Son matçdan dərs çıxarmalı, sabah ən yaxşı oyunumuzu göstərməliyik. Öz yolumuzla getməyə davam edəcəyik”.
Bizi Facebook-da izləyin