Həbsxanada formalara imza atır – Əvəzində…

Zorlama ittihamı ilə həbs olunan braziliyalı müdafiəçi Dani Alveş həbsxanada da sakit dayanmır.

Komanda.az xəbər verir ki, bu barədə “Servimedia” məlumat yayıb.

Məlumatda bildirilir ki, Alveş həbsxanada azad hərəkət etmək icazəsi olan məhbuslardan birinin ona verdiyi “Barselona” köynəklərinə həvəslə imza atır. Həmin şəxs isə onları digər məhbuslara verir, onlar da köynəkləri ailələrinə göndərirlər. Bunun qarşılığında Alveş siqaret və spirtli içki alır.

Alveşin həbsdə bu işlə məşğul olduğu sübut olunarsa, o zaman ona qarşı yeni ittihamlar irəli sürüləcək.

Dani Alveş 2023-cü ilin yanvarından həbsxanadadır və onu 12 ilə qədər həbs gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button