“Böyük Dəbilqə”: Azərbaycanlı cüdoçular mübarizəyə start verir
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə qoşulacaq.
Komanda.az xəbər verir ki, yarışın ikinci günündə 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev tatami üzərinə çıxacaq.
Məmmədəliyev gürcüstanlı Mixeili Baxbaxaşvili ilə, Mirzəyev italiyalı Eduardo Mella ilə üz-üzə gələcək. Orucov Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvilini, Hacıyev isə Portuqaliya cüdoçusu Anri Equtidzeni sınağa çəkəcək.
Böyük Dəbilqə
73 kq
1/32 final: Rəşid Məmmədəliyev – Mixeili Baxbaxaşvili (Gürcüstan)
1/32 final: Nəriman Mirzəyev – Eduardo Mella (İtaliya)
81 kq
1/16 final: Rüstəm Orucov – Zaur Dvalaşvili (Gürcüstan)
1/16 final: Elcan Hacıyev – Anri Equtidze (Portuqaliya)
Yarışın ilk günündə Turan Bayramov (60 kq) “qızıl”, Gültac Məmmədəliyeva (52 kq) isə “bürünc” qazanıb.
Bizi Facebook-da izləyin