DÇ-2026: “Biz yarışmağa hazırıq”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni FİFA-nın DÇ-2026 ilə bağlı yeni formatını dəyərləndirib.
Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, o, mübarizəyə hazır olduqlarını bildirib:
“Prinsipcə, Cənubi Amerika təmsilçiləri üçün daha çox yer ayrıla bilər. Lakin yeni format tətbiq edilsə, futbol hər zaman olduğu kimi qalacaq. Biz yarışmağa hazırıq”.
Xatırladaq ki, martın 15-də DÇ-2026-nın 48 komandadan təşkil ediləcəyi bildirilib. Növbəti turnir ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin