FİFA növbəti mundialın formatı ilə bağlı qərarını açıqladı

FİFA DÇ-2026-nın formatı ilə bağlı qərarını açıqlayıb.

Komanda.az xəbər verir ki, növbəti mundialda 12 qrupun hərəsində 4 yığma yer alacaq.

Halbuki, daha öncə DÇ-nin 16 qrupda 3 komanda olmaq şərtilə təşkil olunması planlaşdırılmışdı.

Amma ən son qərara görə, 48 komanda hərəsində 4 iştirakçı olmaqla 12 qrupa bölünəcək. İlk 2 yerin sahibləri, həmçinin 3-cülər arasında ən yaxşı göstəricilərə malik daha 8 komanda 1/16 finala adlayacaqlar.

Nəticədə DÇ-2026-da 104 (!) oyun keçiriləcək! Turnir isə 39 gün davam edəcək.

Xatırladaq ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button