“Öz səviyyəmizdən aşağı oyun sərgilədik” – Pioli
“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 27-ci turunun “Udineze” ilə matçından sonra (1:3) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Zlatan İbrahimoviç və Rafael Leao barədə fikir bildirib:
“Biz pis çıxış etdik. Oyun zamanı komandada aqressivlik, gərginlik olmayanda, futbolçuların diqqəti yayınanda sadəcə bir fikir irəli sürmək olur: məşqçi oyuna zəif hazırlaşıb. Bu gün potensialımızdan çox aşağı səviyyədə çıxış etdik.
Siz deyə bilərsiz ki, hücum xəttində İbrahimoviç və Leao daha inamlı təsir bağışlaya bilərdilər. Ümumiyyətlə, öz səviyyəmizdən aşağı oyun sərgilədik. Biz UEFA Çempionlar Liqasının 1/4 finalı haqda düşünürüksə, belə məğlubiyyətlər, həqiqətən, ciddi problemdir. Ölkə çempionatında əsas məqsədimiz ilk dördlüyə düşməkdir”.
Milan təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlində 48 xalla dördüncü, “Udineze” isə 38 xalla səkkizincidir.
Bizi Facebook-da izləyin