Avropa Liqası: Bu gün 1/4 final cütləri məlum olacaq
Bu gün UEFA Avropa Liqasında cari mövsümün sonuncu püşkü atılacaq.
Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir saat 16:00-da başlayacaq.
Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olacaq. Eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək.
Bu mərhələdən etibarən, püşkün nəticəsinə əsasən, istənilən ölkə təmsilçisi bir-biriylə qarşılaşa biləcək.
1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab oyunları isə bundan bir həftə sonra keçiriləcək. Yarımfinal görüşləri mayın 11-də və 18-də olacaq.
Turnirin final görüşü isə mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.
Union (Belçika)
Bayer (Almaniya)
Sportinq (Portuqaliya)
Roma (İtaliya)
Sevilya (İspaniya)
Yuventus (İtaliya)
Mançester Yunayted (İngiltərə)
Feyennord (Niderland)
Bizi Facebook-da izləyin