“Marsel”dən ayrılacağını açıqlayan Balotelli cəzalandırıldı
Fransa Futbol Federasiyası “Marsel”dən ayrılacağını açıqlayan Mario Balotellini cəzalandırıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan hücumçu Liqa 1-in sonuncu – 38-ci turunun “Monpelye” ilə qarşılaşmasında qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.
“Marsel”in “Monpelye”ni 1:0 hesabıyla məğlub etdiyi qarşılaşmanın 87-ci dəqiqəsində rəqibinə sərt müdaxilə edən Balotelli birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.
İtalyan hücumçu bir müddət əvvəl “Marsel”dən ayrılacağını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin