“Portu” İtaliya klubları üçün hər zaman çətinlik yaradıb”
“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/8 finalının “Portu” ilə cavab oyunundan öncə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin güclü olduğunu bildirib:
“Biz güclü komanda ilə qarşılaşacağımızı bilirik. Onlar yaxşı hücumçulara və güclü müdafiəçilərə malik kollektivdir.
Eyni zamanda, bilirik ki, “Portu” İtaliya klubları üçün hər zaman çətinlik yaradıb. Buna baxmayaraq, oyuna ən yaxşı formada hazırlaşmışıq”.
Xatırladaq ki, ilk görüş Milan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb (1:0).
“Portu” – “İnter” cütünün cavab oyunu bu gün Portuqaliyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin