30 yaşlı baş məşqçiyə görə hər oyunda 22 min cərimə ödəyirlər

Fransanın “Reyms” klubu əsas komandanın baş məşqçisi Uill Stillə görə hər oyundan sonra Fransa Futbol Federasiyasına 22 min funt sterlinq cərimə ödəyir.

Komanda.az xəbər verir ki, buna səbəb Stillin Pro lisenziyasının olmamasıdır.

Bu isə hər turda Liqa 1 təmsilçisinə cərimə bahasına başa gəlir.

“Football Manager” kompüter oyunu sayəsində məşqçiliyə başlayan belçikalı mütəxəssis 2022-ci ilin oktyabr ayından “Reyms”ə rəhbərlik edir. Daha öncə bu komandada köməkçi kimi çalışan 30 yaşlı (!) mütəxəssis “Reyms”i 19 oyuna çıxarıb. Bu oyunlarda 10 qələbə qazanan komanda, 8 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Son 18 matçda isə bu komanda məğlubiyyət üzü görməyib.

Qeyd edək ki, “Reyms” hazırda Liqa 1-in turnir cədvəlində 40 xalla 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button