32 yaşında futbolla vidalaşdı – Azərbaycanda oynamış hücumçu
“Sabah” klubunun keçmiş futbolçusu Petar Şkuletiç peşəkar karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, serbiyalı hücumçu bu barədə ölkəsinin mətbuatına açıqlama verib. O, 32 yaşında futbolla vidalaşıb.
Şkuletiç 2021-ci ilin sentyabr ayından oktyabrın sonunadək “Sabah”da çıxış edib. O, Azərbaycan klubunun heyətində 4 rəsmi matçda meydana çıxıb.
Şkuletiç karyerası ərzində “Partizan”, LASK, “Voyvodina”, “Sivasspor”, “Lokomotiv”, “Monpelye” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin