“Mingəçevir”in şikayəti təmin olunmadı

AFFA Apellyasiya Arbitraj Tribunalının 6 mart 2023-cü il tarixli qərarları açıqlanıb.

Komanda.az xəbər verir ki, “Mingəçevir” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib:

17 fevral 2023-cü il tarixdə İntizam Komitəsi tərəfindən I Divizionda çıxış edən “Mingəçevir” klubunun oyunçusu Elsevər Bəkirzadə barəsində verilmiş 4 oyunluq kənarlaşdırma cəzası qüvvədə qalsın.

“Zəfər-44” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib:

17 fevral 2023-cü il tarixdə İntizam Komitəsi tərəfindən AFFA Gənclər Liqasında çıxış edən “Zəfər-44” komandasının baş məşqçisi Vidadi Salmanov və koordinatoru Bəxtiyar Salmanov barəsində verilmiş 10 oyun stadiona giriş qadağası, komanda barəsində verilmiş 0:3 hesabı ilə texniki məğlubiyyət və 1 oyun azarkeşsiz keçirmək cəzaları qüvvədə qalsın.

23 fevral 2023-cü il tarixdə İntizam Komitəsi tərəfindən AFFA Gənclər Liqasında çıxış edən “Zəfər-44” komandasının oyunçusu Ruslan Tağızadə barəsində verilmiş 10 oyun kənarlaşdırma cəzası qüvvədə qalsın.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button