Azərbaycanlı hakimə beynəlxalq təyinat
FİFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
Komanda.az xəbər verir ki, o, martın 21-dən 26-dək 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan AÇ-2023-ün əsas mərhələsinin 2-ci qrupunun oyunlarını idarə edəcək.
Serbiyada təşkil olunacaq bu qrupun oyunlarında meydan sahibləri ilə yanaşı Ukrayna, Rumıniya və Monteneqro futzalçıları qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin