Messidən komanda yoldaşlarına qızıl telefon hədiyyəsi
PSJ-nin futbolçusu Lionel Messi Argentina millisinin üzvləri üçün 35 qızıl “iPhone” sifariş edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, DÇ-2022-nin finalında Fransa millisi üzərindəki qələbəyə görə bu addımı atıb.
175 min funt-sterlinq dəyərində olan 24 karatlıq qızılla örtülmüş smartfonlarda oyunçuların adları, nömrələri və Argentina yığmasının loqosu həkk edilib.
Xəbərdə bildirilir ki, Messi anı qeyd etmək üçün xüsusi və rəngarəng bir şey etmək istəməyib. O, sahibkar Ben Lyonsla əlaqə saxlayıb və onlar bunu birlikdə hazırlayıblar.
Lyons bu barədə belə deyib:
“Messi qələbəni qeyd etmək üçün bütün oyunçulara və heyətə xüsusi hədiyyə bağışlamaq niyyətində idi. Bunun adi saat olmasını istəmirdi. Mən ona adlar yazılan qızıl “İphone” təklif etdim və o, bu fikri bəyəndi”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Bizi Facebook-da izləyin