Avroliqanın Bakı finalında “Çelsi” qalib gəldi
Bu gün UEFA Avropa Liqasının final oyunu keçirilib.
Komanda.az xəbər verir ki, turnirin həlledici görüşündə iki İngiltərə təmsilçisi – “Çelsi” və “Arsenal” üz-üzə gəlib. Bakı Olimpiya stadionunda keçirilən görüş saat 23:00-da start götürüb.
“Çelsi”nin heyətində Ruben Loftus-Çik, Antonio Rüdiger və Kallum Hudson-Odoi zədə səbəbindən bu görüşün iştirakçısı olmayıb. Nqolo Kantenin durumu isə sual altında olsa da, o, bu oyunun iştirakçıs olub.
“Arsenal”da isə Aron Remzi, Hektor Bellerin zədə səbəbindən final matçını buraxıb. Erməni futbolçu Henrix Mxitaryan isə Bakıya gətirilməyib.
Qarşılaşmaya gəlincə, ilk yarıda hesab açılmayıb. Amma fasilədən sonra qapılara 5 qol vurulub. Darmadağınla qalib gələn “Çelsi”, Avroliqanın baş mükafatına sahib çıxıb.
UEFA Avropa Liqası, final
29 may
Çelsi (İngiltərə) – Arsenal (İngiltərə) 4:1
Qol: Olivye Jiru, 49. Pedro Rodriqes, 60. Eden Hazard, 65-pen; 72 – Aleks İvobi, 69.
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya stadionu.
Çelsi: 1. Kepa Arrisabalaqa, 5. Jorjinyo, 7. Nqolo Kante, 10. Eden Hazard, 11. Pedro Rodriqes, 17. Mateo Kovaçiç, 18. Olivye Jiru, 27. Andreas Kristensen, 28. Sesar Aspilikueta (k), 30. David Luis, 33. Emerson Palmieri.
Ehtiyat oyunçular: 13. Vilyi Kabalyero, 52. Ceymi Kamminq, 3. Markos Alonso, 8. Ross Barkli, 9. Qonsalo İquayn, 21. Davide Zappakosta, 22. Villian, 24. Qari Keyhill, 44. Ethan Ampadu, 51. Konor Qallager, 55. Corc Makekran.
Baş məşqçi: Maurisio Sarri.
Arsenal: 1. Petr Çex, 5. Sokratis Papastatopulos, 6. Loren Kosielnı (k), 9. Aleksandr Lakazett, 10. Məsut Özil, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 15. Eynsli Meytlend-Naylz, 18. Naço Monreal, 31. Sead Kolaşinaç, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 19. Bernd Leno, 44. Deyan İliyev, 4. Məhəmməd Elneni, 12. Stefan Lixştayner, 17. Aleks İvobi, 20. Şkodran Mustafi, 23. Denni Uelbek, 25. Karl Cenkinson, 29. Matteo Genduzi, 49. Eddi Nketya, 59. Co Uillok, 87. Bukayo Saka.
Baş məşqçi: Unay Emeri.
Bizi Facebook-da izləyin