“Yuxudan oyanıb sosial mediaya daxil olanda…”

“Napoli”nin hücumçusu Viktor Osimhen sabiq futbolçu Didye Droqba haqda danışıb.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, keçmiş futbolçunu özünün kumiri olduğunu deyib:

“Yuxudan oyanıb sosial mediaya daxil olanda heyran olduğum birinin xoş arzularını görmək heyrətamiz idi. Droqba məni çox motivasiya edir. Düşünürəm ki, kumirimi çox yaxşı seçmişəm”.

“Çelsi”nin sabiq futbolçusu nigeriyalı oyunçuya ünvanladığı mesajda aşağıdakı sözləri yazıb:

“Onunla şəxsən görüşməmişəm. Bir dəfə ona mesaj yazdım. Eyni ruhda davam etməsini dedim”.

Viktor Osimhen cari mövsümdə İtaliya çempionatında 20 oyuna çıxıb, 19 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button