Qılıncoynadanlardan AÇ-də fiasko
Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatının ikinci yarış günündə yeniyetmə qız şpaqaçılar və yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Komanda.az xəbər verir ki, yeniyetmə qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini uğurla adlayan Xədicə Həsənli 64-lüyə yüksəlmək uğrunda keçirilən ilk pley-off görüşündə ukraynalı Ustina Ohona 11:15 hesabı ilə uduzub. Nəzrin Mehdiyeva, Xatun Bayramova və Aynur Quliyeva isə pley-offa yüksələ bilməyib.
Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında Rəsul Əliyev qrup mərhələsini adlyaraq 64-lüyə yüksəlsə də, bu mərhələdə macar Papp Zsadaniyə 6:15 hesabı ilə məğlub olub. Nahid Məmmədli, Abbas Hüseynov və Timur Husnaddinov isə pley-offa yüksələ bilməyib.
Bizi Facebook-da izləyin