“Böyük Dəbilqə”: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində yarımfinala yüksəlib.

Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində Balabəy Ağayev, 66 kq-da Orxan Səfərov bu mərhələyədək irəliləməyi bacarıb.

Ağayev ardıcıl olaraq Bryan Qarboa (Ekvador) və Simone Aversanı (İtaliya) məğlub edib. Onun yarımfinaldakı rəqibləri hələlik məlum deyil. Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Salih Yıldıza (Türkiyə) yenilib.

Orxan Səfərov Xoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovla (Bolqarıstan) dueldən qalib ayrılıb. Avropa çempionu finala gedən yolda Laşa Nadiradzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

“Böyük Dəbilqə” fevralın 18-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button