Ramil Şeydayev darmadağına üzüldü
Futbol üzrə Rusiya Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da sonuncu matçına çıxıb.
Sözügedən komanda 30-cu tur çərçivəsində səfərdə Moskva ÇSKA-sı ilə üz-üzə gəlib. Ramilin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:6.
Şeydayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Krılya Sovetov” mövsümü 28 xalla 16 iştirakçı arasında 13-cü pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin