Azərbaycanlı boksçular Mərakeşdə qələbə qazandı

Azərbaycanın daha iki boksçusu “Qızıl kəmər” seriyasının Mərakeşdə keçirilən ilk turnirində mərhələ adlayıb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev 1/8 finalda Kərim Abdulla (Mali) ilə qarşılaşıb.

5:0 (30:25, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə qalib gələn idmançı 1/4 finalda rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək.

Onun uğurunu qardaşı Sərxan Əliyev də təkrarlayıb. 71 kq çəkidə mübarizə aparan dünya çempionatının bürünc medalçısı ilk qarşılaşmasında Sarohatua Lumbantobinqlə (İndoneziya) münasibətinə aydınlıq gətirib. Rəqibini 4:1 (30:27, 29:28, 30:27, 28:29, 30:26) hesabı ilə məğlub edən Əliyev mərhələ adlayıb. Boksçu 1/4 finalda Alimami Kristian Tomasla (Sierra Leone) qarşılaşacaq.

Yarışın üçüncü günündə Murad Allahverdiyev (80 kq) İmam Xatayevlə (Rusiya), Mirşərif Kazımzadə (75 kq) David Mvenekabve (Konqo Demokratik Respublikası) ilə döyüşəcək. Daha əvvəl Nəbi İsgəndərov (67 kq) qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button