Məğlub və qürurlu
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun 1/4 finalının “Real”la matçını (1:3) dəyərləndirib.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis qürurlu olduğunu deyib:
“Real” hücum şansları çox olan komandadır. Dani Sebalyosun diqqətdən kənar qalan həlledici oyun üslubu var. Bu, heç kimin vecinə deyil. Qarşılaşma ərzində israrla heç-heçəyə nail olmaq istədik. “Real”la qarşılaşdığımız oyunlarda qələbəni öncədən təmin etməliyik.
Qürurluyam, çünki komandam qələbə üçün mübarizə aparırdı. Bu kluba gəldiyim gündən ayrılacağım günə qədər ürəklə işləməyə və əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam, çalışacam”.
“Atletiko” “Real”a uduzduqdan sonra kubokda mübarizəni dayandırıb. “Kral klubu”nun yarımfinal mərhələsindəki rəqibi püşkatma nəticəsində müəyyənləşəcək.
Bizi Facebook-da izləyin