Emrelinin komandası daha bir hücumçusunu itirdi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya klubu “Dinamo” daha bir hücumçusunu itirib.

Komanda.az xəbər verir ki, aparıcı oyunçulardan sayılan Bruno Petkoviç zədələnib.

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya millisinin formasını geyinən 29 yaşlı forvard təlim-məşq toplanışında “Bravo” ilə baş tutan yoxlama görüşündə sıradan çıxıb. Komandasının 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 28-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalan Petkoviçin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı təxmin edilir.

“Dinamo” qış fasiləsində əsas hücumçularından olan Mislav Orşiçi İngiltərə klubu “Sauthempton”a satıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button