Türkiyə klubunda serbiyalı baş məşqçi

“Konyaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı Aleksandr Stanoyeviçə tapşırılıb.

49 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, yeni komandasında bu gün istefası açıqlanan İlhan Palutu əvəz edib.

Stanoyeviç son olaraq Serbiyanın “Partizan” komandasına rəhbərlik edib. O, sözügedən klubdan 2022-ci ilin mayında ayrılıb.

Xatırladaq ki, Konya təmsilçisi bu mövsüm Türkiyə Super Liqasında 18 oyuna topladığı 27 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button