“Qarabağ” qapıçı axtarır
“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında çıxış edən iki qapıçıdan birini icarəyə götürməyi düşünür.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi “Zirə”dən Mehdi Cənnətova və “Səbail”dən Emil Balayevə “elçi düşüb”.
Uzun müddətdir qapı xəttini gücləndirmək üçün əcnəbi futbolçu axtarışında olan Azərbaycan çempionu Şahruddin Məhəmmədəliyevin zədələnməsi ilə planlarını dəyişib.
Məhəmmədəliyevin ən azı 2 aylıq sıradan çıxdığını nəzərə alan məşqçilər korpusu ilk olaraq onun boşluğunu doldurmaq üçün bir yerli qapıçı icarəyə götürməyi planlaşdırır.
Rəhbərlik hazırda Cənnətov və Balayev adları üzərində dayanıb. “Qarabağ” qış fasiləsində adıçəkilən qapıçılardan birini mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirir.
Emil Balayev 2016/2017 mövsümünün ilk yarısını və 2020-2022-ci illəri “Qarabağ”ın heyətində keçirib.
Bizi Facebook-da izləyin