İddia: PSJ Salahı transfer etmək istəyir
Misir millisinin və “Liverpul”un futbolçusu Məhəmməd Salah PSJ ilə danışıqlar aparır.
Komanda.az Misir mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu mersisaydlıların səfərdə “Brayton”a 0:3 hesabı ilə uduzduğu Premyer Liqanın 20-ci tur matçından sonra Paris təmsilçisinin sahibi Nasser Əl-Xəlaifi ilə görüşüb.
Şam yeməyində bir araya gələn futbolçu və funksioner mümkün transferi müzakirə ediblər.
PSJ-nin bir müddətdir Salahı transfer etmək istədiyi və danışıqların müsbət istiqamətdə getdiyi iddia olunub.
2017-ci ildən “Liverpul”un formasını geyinən Məhəmməd Salah bu mövsüm meydana çıxdığı 27 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin