Emreli “Dinamo”da qalacaq
Azərbaycan millisinin futbolçusu Mahir Emreli mövsümün ikinci yarısında Xorvatiyanın “Dinamo” klubunun əsas oyunçusu olacaq.
Komanda.az “index.hr” saytına istinadən xəbər verir ki, Zaqreb klubunun çalışdırıcısı Ante Çaçiç 26 yaşlı hücumçu ilə bununla bağlı danışıb.
Çalışdırıcı Mislav Orşiçin İngiltərə klubu “Sauthempton”a transferindən sonra onun boşluğunu Emreli ilə doldurmaq niyyətindədir. Bildirilib ki, Türkiyə klublarından təklif alan forvard baş məşqçi ilə söhbətdən sonra klubda qalmaq qərarını verib.
Mahir Emreli “Dinamo”nun heyətində keçirdiyi 20 matçda 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin