“Baş məşqçimiz əladır” – “Sauthempton”un kapitanı

“Sauthempton”un kapitanı Ceyms Uord-Prauz İngiltərə Liqa kubokunun 1/4 final mərhələsinin “Mançester Siti ilə oyunundan sonra (2:0) fikirlərini bölüşüb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, britaniyalı futbolçu komandanın baş məşqçisi haqda danışıb:

“Belə oyunlarda oynamaq əyləncəlidir. Xüsusilə də, Premyer Liqada çətinlik çəkdiyimiz bir zamanda matçdan çox həzz aldıq. Baş məşqçimiz əladır. Bizə yeni ideyalar və enerji ötürdü. O istəyir ki, biz daha cəsarətli və aqressiv olaq. Qələbəyə tam layiq idik”.

“Mançester Siti”ni mübarizədən kənarlaşdıran “Sauthempton”un yarımfinalda rəqibi “Nyukasl” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button