“Neftçi” Lavalı niyə satır? – Açıqlama

“Neftçi” Portuqaliyanın “Arouka” klubu ilə futbolçu Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlayıb.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Komanda.az-a açıqlamasında, futbolçunun transferi ilə bağlı məlumatlara aydınlıq gətirib:

“Futbolçu tibbi baxışdan keçib. Yusuf Lavalın özü klubla razılıq əldə edib. Futbolçu viza məsələsini həll etdikdən sonra tibbi baxışdan keçmək üçün yola düşəcək. O, həmin mərhələni də uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. “Neftçi” və “Arouka” arasında hansısa ciddi problem qalmayıb. Yalnız Yusuf Lavalın tibbi baxışdan uğurla keçməsi məsələsi qalıb.

Laval 2019-cu ildən “Neftçi”nin heyətinə qatılıb. Onun klubla müqaviləsi bu ilin yayında bitəcəkdi. Bununla əlaqədar olaraq, futbolçu ilə cari müqavilənin müddətinin uzadılmasına dair danışıqlar apardıq. Lakin futbolçu özü bildirdi ki, həyatında, karyerasında yenilik etmək istəyir. Bu baxımdan müqavilənin uzadılmasını istəmədi və gələn təkliflərdən birini dəyərləndirmək niyyətində olduğunu dedi.

Karyerasını “Neftçi”də davam etdirmək istəmədi. Biz də futbolçunun fikrini anlayışla qarşıladıq. Yayda müqaviləsiz klubu tərk etməyindənsə, biz də müəyyən məbləğ qarşısında bu satışı həyata keçirdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button