Vitali Borisov: “Təklif etdilər ki, Rusiya pasportu düzəldək, qal, burada oyna”

Azərbaycan yığmasının keçmiş futzalçısı Vitali Borisov Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsi zamanı 2008-2010-cu illərdə Rusiyanın “Dina” klubunda çıxış etdiyi vaxt aldığı təklif barədə danışıb.

Komanda.az xəbər verir ki, Borisov ona Rusiya vətəndaşlığının təklif olunduğunu bildirib:

“Dina”da çıxış etdiyim vaxt təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək, qal, burada oyna. İmtina etdim, çünki Azərbaycan millisində çıxışımı davam etdirmək istəyirdim”.

40 yaşlı mütəxəssis həmin vaxt “Dina”dan ayrılmasının səbəbini də izah edib:

“Dina”ya getdiyim vaxt mənimlə bərabər Serbiya millisinin üzvləri Rayiç və Marko Periç də heyətə cəlb olundular. Mövsüm başa çatdıqdan sonra yeni, 2 illik müqavilə bağladım. Daha bir mövsüm oynadıqdan sonra qalmaq istəmədim. Çünki Rusiya çempionatında hər komanda cəmi 3 legioner oynada bilərdi. Həmin ərəfədə yığmada zədələndiyim üçün narazılıq bildirmişdilər. Dedilər ki, sənə maaş veririk, özünü qorumursan. Baxdım ki, söz-söhbət yaranıb, müqaviləni pozmaq qərarına gəldim. Nəticədə, 2010-cu ildə “Araz-Naxçıvan”a qayıtdım”.

Borisov karyerasını 2018-ci ildə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button